Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle” şirkəti “Exalytics İntelligence Machine” platformasını təqdim edib


“Oracle” şirkətinin rəhbəri Larri Ellison növbəti yeniliyi - korporativ istifadəçilər üçün “Exalytics İntelligence Machine” kompleksini təqdim edib. Aparat nöqteyi-nəzərindən yenilik 40 hesablama nüvəsi və 1 Tb əməli yaddaşa malik serverdir.

Qurğuda “Hyper-Threading” çoxaxınlılıq texnologiyasını dəstəkləyən “E7-4800” seriyasının 32 nanometr texnologiya ilə hazırlanan “İntel Xeon” prosessorları tətbiq edilib. 2 ədəd “10 Gigabit Ethernet” və 4 ədəd “Gigabit Ethernet” portu var.

Əsas proqram “Exalytics İntelligence Machine” – “İn-Memory” klassının verilənlər bazasıdır. Bu tip platformalar informasiyanın əsas hissəsini əməli yaddaşa yükləyir, bu isə sərt disklərə müraciəti minimallaşdırmağa imkan yaradır. Bunun sayəsində isə məhsuldarlıq artır.

Cənab Ellisonun sözlərinə əsasən, xüsusi sıxma alqoritmləri sayəsində “Exalytics İntelligence Machine” əməli yaddaşda 10 Tb-a qədər məlumat saxlaya bilər.

Bu halda informasiyanın keşlənməsi üçün adaptiv texnologiyalar istifadə olunur. Yeni proqram-aparat kompleksinin qiyməti haqqında hələ bildirilmir.




04/10/11    Çap et