Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telegram” zənglər funksiyasının sınaqlarına başlayıb


“Telegram” messenceri səsli zənglər funksiyasının sınaqlarına başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, zənglər “end-to-end” şifrləməsi ilə mühafizə olunur. İstifadəçiyə zəng edə biləcək kontaktlar siyahısını məhdudlaşdırmaq və ya tamamilə qadağan etmək mümkündür.

Məlumata görə, funksiyanı messencerin beta versiyasını quraşdıran bütün istifadəçilər sınaqdan keçirə bilər. Hazırda bunu yalnız təkrar qeydiyyatdan keçməklə xüsusi serverdə etmək olar.

Nizam Nuriyev 





13/03/17    Çap et