Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Messenger”də postların avtomatik ləğvi funksiyası istifadəyə verilib


“Facebook Messenger”də postların 1 gündən sonra avtomatik ləğv edilməsi funksiyası əlçatan olub. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sözügedən funksiya “Messenger Day” adlandırılıb. İstifadəçi fotoşəkillər və ya videoçarxlar çəkə, onlara müxtəlif stikerlər, emodzi və effektlər əlavə edirlər. Bundan sonra istifadəçilər 24 saat müddətində foto və ya videolara  baxa bilərlər.

Artıq “iOS” və “Android” sistemli qurğuların istifadəçiləri bu funksiyadan istifadə edə bilərlər.

Qeyd edək ki, ilk dəfə “Snapchat” messencerində postların avtomatik ləğvi funksiyası istifadəyə verilib. Avtomatik ləğv edilən postlar artıq "VKontakte" sosial şəbəkəsi və “Instagram”da da reallaşdırılıb.

Emil Hüseynov





13/03/17    Çap et