Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ildə elastik smartfonlar əlçatan olacaq


Bir neçə nəhəng şirkət eyni vaxtda bükülən ekranla təchiz edilmiş yeni nəsil smartfonların yaradılması ilə məşğuldur. Şayiələrə görə, “Samsung”, “Lenovo”, “Apple” və “Microsoft” şirkətləri bükülən ekranlar üzərində iş aparırlar, ancaq displey üçün elastik və şəffaf materialın yaradılması əsas problemdir. Elastik ekranlar bazarında lider olan “Kolon Industries” şirkəti bükülən displeylərin yaradılmasına çox yaxındır. Məlumata görə, artıq 2018-ci ildə sözügedən materialın yaradılması reallaşa bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun professoru Bey yeni materialın yaradılması haqda məlumat verib. Yeni yaradılmış material 200 min dəfədən çox bükülmək qabiliyyətinə malikdir. Bundan başqa, material cızıq və zədələrə qarşı dayanıqlıdır. Bir sıra sınaqlardan sonra məlum olub ki, siloksan hibrid material şüşə kimi möhkəm, plastik və rezin  kimi elastikdir.

Emil Hüseynov





13/03/17    Çap et