İynəsiz peyvənd keçirməyə imkan verən qurğu yaradılıb
Tezliklə peyvəndlər və başqa ağrılı prosedurlardan imtina ediləcək. Artıq həb ölçüsündə “MucoJet” qurğusunun köməyi ilə orqanizmə lazımi preparatlar yeridiləcək. Bu qurğu Kaliforniya Universitetində hazırlanıb. İstehsalçıların məlumatına görə, miniatür kapsul tamamilə ağrısız prosesdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
naked-science.ru” saytına istinadən yazır ki, “MucoJet” sonluğunda diametri 7 mm təşkil edən kürəcik qurulmuş 15 mm-lik silindr formasındadır. Pasiyent nazik iki bölmə yaradan membranı qırmaq üçün kürəciyi ehtiyatla sıxmalıdır: birinci bölmə su, ikinci bölmə isə limon turşusu və qida sodasından ibarət quru kimyəvi reaktiv yanacaqla doldurulub. Hər iki bölmədəki maddələr qarışdıqda yaranan kifayət qədər güclü təzyiq kiçik porşeni çıxarır ki, sonuncu da öz növbəsində kiçik dəlikdən vaksini yüksək sürətlə çıxarır.
Yeni qurğu artıq donuz və dovşanlar üzərində yoxlanılıb. Nəticələrə əsasən, yeni metod inyeksiya immunizasiyası ilə müqayisədə açıq-aşkar üstünlüklərə malikdir.
Emil Hüseynov