Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2022-ci ilədək planet əhalisinin 50%-i “4G LTE” şəbəkəsindən istifadə edəcək


“5G” rabitə standartına keçid ani deyil, tədricən baş verəcək və yaxın illərdə əvvəlki “4G LTE” standartı geniş istifadə edilməyə davam edəcək, həm də bəzi hallarda, operatorlar tərəfindən tətbiq edilmiş texnoloji innovasiyalar hesabına məlumatların ötürülməsi sürəti “5G” standartına yaxınlaşacaq. Bu haqda “ABI Research” analitik şirkətinin yeni araşdırmasında qeyd olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2022-ci ildə dünyada “4G LTE” abunəçilərinin sayı 4 milyardı ötəcək. Xatırladaq ki, 2017-ci ilin əvvəlində bu göstərici 2 milyarda bərabər idi. Beləliklə, 5 il sonra planet əhalisinin 50%-i “LTE” şəbəkəsindən istifadə edəcək.

Həmçinin gözləntilərə görə, 2017-2022-ci illərdə “LTE” şəbəkəsi dünyada lider mobil rabitə standartı olaraq qalacaq. İndi mobil trafikin ümumi həcminin 67%-i “4G” standartının payına düşdüyü halda, 2022-ci ildə bu göstərici 82%-ə yaxınlaşacaq. Bu halda “5G” rabitə standartının köməyi ilə mobil şəbəkələrdə məlumatların ümumi həcminin yalnız 13%-i ötürüləcək.

Emil Hüseynov





15/03/17    Çap et