Metal korpuslu iki “Nokia” smartfonu təqdim ediləcək
"Nokia" brendinin sahibi "HMD Global" şirkəti metal korpuslu "Nokia 7" və "Nokia 8" smartfonlarını təqdim etməyi planlaşdırır.
"ICTnews" Elektron Xəbər Xidməti "
Planet Today" resursuna istinadən yazır ki, ilkin məlumata görə, smartfonların aparat platformasının əsasını birkristallı "Qualcomm Snapdragon 660" prosessoru təşkil edəcək.
Bildirilir ki, "Nokia 8" "Quad HD" (1440 x 2560 piksel) təsvir ölçüsünə malik ekranla təchiz ediləcək. Öz növbəsində "Nokia 7" smartfonunun displeyinin təsvir ölçüsü 1080 x 1920 pikselə bərabər olacaq. Qurğunun ekran diaqonalının da kiçik olacağı ehtimal edilir.
"Carl-Zeiss" optik kamera modulu ilə təchiz ediləcək "Nokia 8" smartfonunun foto imkanları geniş olacaq. Daktiloskopik sensorlara malik qurğular simsiz enerjidoldurmanı dəstəkləyəcək.
Nizam Nuriyev