Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hansı mobil operatorun xidmətlərindən razısınız?”
“İctnews.az” saytı yeni sorğuya başlayıb. Saytın budəfəki sorğusu ölkədə fəaliyyət göstərən üç GSM operatorunun – “Azərcell”, “Bakcell” və “Azərfon” şirkətlərinin istifadəçilərə təklif etdikləri xidmətlərlə bağlıdır.
“Hansı mobil operatorun xidmətlərindən razısınız?” başlığı altında keçirilən sorğu 1 ay ərzində davam edəcək.
Sorğunun keçirilməsində şirkətlərin istifadəçilərə təklif etdikləri xidmət keyfiyyətinin və abunəçi məmnuniyyətinin ölçülməsi əsas götürülür. Sualı bir İP ünvandan bir dəfə cavablandırmaq mümkündür. Bunun üçün saytda xüsusi rubrika yerləşdirilib.
04/10/11 Çap et