Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni ekzoskelet cərrahlara əməliyyatlarda kömək edəcək


Bristol Universitetinin hazırladığı innovativ ekzoskeleti cərrah öz əlləri ilə idarə edə biləcək.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, əksər müasir robot texnikası ixtiralarının faydalı olmamasına və insanların işini asanlaşdırmamasına baxmayaraq tibb sahəsində robotlar artıq on ildən çoxdur həkimlərə əməliyyatlar etməyə kömək edirlər. Cərrahlar belə robotların hərəkətlərinə ən çox xüsusi qurğular, tutacaq və digər yardımçı qurğular vasitəsilə nəzarət edirlər ki, bu da narahatlıq yaradır. Lakin Bristol Universitetinin hazırladığı yeni ekzoskelet robotu cərrahın əli ilə idarə etməyə kömək edəcək. 
 
Məlumata görə, yeni ekzoskelet ələ adi əlcək kimi geyilir. Sistemin digər sonluğunda yeni cərrahi əl həkimin əlinin hərəkətlərinə uyğun hərəkət edəcək, eləcə də Harvard Universitetində hazırlanan “HeroSurg” sistemi kimi toxunuşla duyulan əks ötürmə sistemi ilə təchiz ediləcək. Beləliklə, cərrahlar xəstənin bədəninə və ya adi əşyalara toxunanda hiss edəcəklər. 
 
Ekzoskeletdə quraşdırılan daha bir innovativ sistem xəstənin bədəninin şəklini birbaşa cərrahın gözlərinin torlu qişasına proyeksiya edəcək “ağıllı” eynəklər dəstidir. Nəticədə həkimlər xəstələrə daha yaxın olacaqlar.  
 
Yeni robot texnikası sistemi vasitəsilə mütəxəssislər cərrahlara robotların köməyi ilə əməliyyatların aparılmasında və öz əllərindən adi əməliyyatlarda olduğu kimi istifadəyə kömək edəcək daha sadə interfeys təqdim etmək niyyətindədirlər. 
 
Universitetin laboratoriyalarında artıq yaxın vaxtlarda cərrahların göstərişlərinə uyğun tamamlanacaq və təkmilləşdiriləcək sistemin prototipləri yaradılıb.   
 
Nizam Nuriyev 
 
 
 





17/03/17    Çap et