Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlarda mətnin tez yığılması üçün yeni üsul kəşf edilib


Şotlandiya mütəxəssisləri elektron qurğularda mətnin tez daxil edilməsi üçün “SWiM” adlı unikal texnologiya kəşf ediblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, əksər istifadəçilərin kiçik ekranlı sensorlu qurğularda mətnin yığılmasında çətinliklərlə üzləşməsi ilə əlaqədar olaraq Şotlandiyada bu prosesi sadələşdirmək və onu tezləşdirmək üçün yeni üsul yaradılıb. Belə ki, yeni texnologiya sensorlu klaviaturada simvolları jestlər vasitəsilə yığmağa imkan verməklə fərqlənir. Bu, həm planşet kimi böyük ekranlı, həm də kiçik ekranlı (əvvəlki nəsil smartfonlar) qurğu istifadəçilərinə kömək edəcək.  

Məlumata görə, “SWiM” texnologiyasını quraşdıracaq istifadəçinin mətni daxil etmək üçün sensorlu düymələrə basmasına ehtiyac qalmayacaq. Bunun əvəzində isə onlar qurğuları o tərəf bu tərəfə əyərək jestlər vasitəsilə kursoru idarə edə biləcəklər. Kursor hərfdən hərfə keçərək onları mətn yerində çap edəcək. Əvvəlcə lazım olan hərfi barmaqla basmaq daha asan görünsə də, bir neçə müddət sonra sistemə alışaraq mətnin yığılması prosesi maraqlı və asan olacaq.

Nizam Nuriyev 





27/03/17    Çap et