“Thync Relax Pro” dincəlməyə və stressi aradan qaldırmağa kömək edəcək
İki il əvvəl "Thync" şirkəti başa bərkidilərək beyinə kiçik elektrik impulslar göndərməklə insanın əhvalını yaxşılaşdırmağa imkan verən "Vibes" adlı daşınan qurğu təqdim edib. Bu dəfə isə şirkət yeni "Relax Pro" aksesuarını istehsal edib.
"ICTnews" Elektron Xəbər Xidməti "
4PDA" resursuna istinadən yazır ki, boyunun aşağı hissəsinə bərkidilən "Relax Pro"da əvvəlki qurğu ilə müqayisədə daha müasir texnologiyalar tətbiq edilib. "Relax Pro" qurğusu tez dincəlməyə, stressi aradan qaldırmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Orijinal "Thync Vibes" qurğusunda olduğu kimi, yeni aksesuar bədənin stimulyasiyası üçün kiçik elektrik impulslardan istifadə edir.
Məlumata görə, "Thync Relax Pro" iki - dincəlmək üçün "Thync Deep Relax" və yuxunun keyfiyyətinin yaxşılaşdırılması üçün "Thync Deep Sleep" rejimində işləyir. Qurğuda istehsalçı orijinal cihazda konsentrasiyasının və fəaliyyətin yüksəldilməsi rejimlərinin istifadəçilər arasında populyarlıq qazanmaması səbəbindən onlardan tam imtina etmək qərarına gəlib. İnsanların əksəriyyəti aksesuardan stressin aradan qaldırılması üçün istifadəyə üstünlük verir.
Qiyməti 150 dollar məbləğində olan "Thync Relax Pro" qurğusunun, eləcə də "Thync Pad" elektrodlar dəstinin idarəetməsinin həyata keçirildiyi mobil proqramın aylıq istifadə haqqı 30 dollara bərabərdir. Bir elektroddan bir və ya üç dəfə istifadə etmək mümkündür.
Nizam Nuriyev