Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rhapsody” şirkəti “Napster” musiqi xidmətini alır (VİDEO)


Köhnə musiqi veb-xidmətlərindən biri olan “Rhapsody” şirkəti “Napster” musiqi xidmətini alıb.

“Napster” fayl mübadiləsi şəbəkəsi 1999-cu ildə yaradılıb, lakin tezliklə səsyazma sənayesinin təzyiqi altında bağlanmağa məcbur olub. 2003-cü ildə xidmət musiqini tamamilə qanuni əsaslarla təklif edərək fəaliyyətini yenidən bərpa edib.

2008-ci ilin payızında xidmət 121 milyona “Best Buy” şirkəti tərəfindən alınıb. Bu məbləğin 67 milyonu investisiyaya gedib, “Napster”-in xalis qiyməti isə 54 milyon dollar təşkil edib. O zaman xidmətin auditoriyası təxminən 700 min abunəçidən ibarət idi.

Sazişin şərtlərinə əsasən, “Rhapsody” şirkəti “Napster”-in bütün aktivlərini alır. Sazişin maliyyə şərtləri açıqlanmır, lakin bildirilib ki, tərəflər sazişi noyabr ayının sonuna kimi bağlamaq niyyətindədirlər.






04/10/11    Çap et