Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iPhone 8” səthi “OLED” ekranla təchiz ediləcək


Bu il “Apple” şirkəti 5,8 düym diaqonallı düz “OLED” displeylə təchiz ediləcək yubiley “iPhone 8” (və ya iPhone Edition) smartfon modelini təqdim edəcək. ABŞ istehsalçısına yaxın mənbələrə istinad edən “JP Morgan” analitik şirkətinin məlumatına görə, smartfon səthi ekrana malik olacaq.  

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, bunadək məlumatlı mənbələr “iPhone 8”-in ekranının yan tərəfə əyilmiş olacağını bildiriblər. Bu, texnologiyanı “Galaxy” istehsal xəttindən olan qurğularda quraşdıran və “OLED” panellərin tədarükçüsü qismində “Samsung” şirkətinin çıxış edəcəyi nəzərə alınmaqla məntiqli görünürdü.

Lakin bu dəfə istehsalçıların tədarükləri üzrə proqnozlar verməkdə ixtisaslaşan ekspertlər növbəti “iPhone” modelinin 2.5D mühafizə şüşəsi ilə örtülən səthi displeyə malik olacağını bəyan ediblər.

Qeyd olunur ki, növbəti “iPhone” smartfonu qabaqcıl “LG G6” tərəfindən başlanılan yeni trendi dəstəkləyəcək. Söhbət tərəflərinin nisbəti 2:1 (və ya 18:9) ölçüsündə uzanan ekran haqqında gedir. Oxşar tərəflər nisbətinə martın 29-da təqdim edilən “Galaxy S8” modeli də malikdir.  

Həmçinin qeyd olunur ki, yeni nəsil “iPhone” smartfonunda adi “Lightning” çıxışı ləğv edilərək “MacBook” planşetində istifadə olunan “USB-C” ilə təchiz ediləcək.

Nizam Nuriyev 





31/03/17    Çap et