Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy S8” smartfonu “Bluetooth” vasitəsilə eyni zamanda iki qurğuya səsi ötürəcək


“Samsung” şirkətinin yeni qabaqcıl “Galaxy S8” smartfonu “Bluetooth” vasitəsilə ona qoşulmuş iki qurğuya eyni zamanda audioaxın ötürmək funksiyası ilə təchiz ediləcək. Bu haqda şirkətin rəsmi saytında dərc edilmiş istifadəçi kitabçasında yazılıb.

Yeni cihazın sahibləri smartfondakı səsi eyni anda həm qulaqlıqlara, həm də kolonkalara ötürə biləcəklər və bir periferiya qurğusunda səsin gurluğunu digərindən asılı olmadan tənzimləmək mümkün olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bu sənəd “Samsung”un serverində yerləşdirilib və sənəddə əksini tapmış “Galaxy S8” qurğusunun xüsusiyyətləri şirkət tərəfindən təsdiqlənib.

Cənubi Koreya şirkətinin yenilikləri – “Galaxy S8” və “Galaxy S8+” smartfonları 29 mart tarixində təqdim edilib. Aparatlar əyri kənarlara malik 5,8 və 6,2 düym diaqonallı ekranlar, gözün qüzehi qişasının skaneri, 12 meqapiksellik kameralarla təchiz edilib, “Bixby”  səs assistentini dəstəkləyir, “IP68” standartına uyğun su və toza qarşı davamlıdır.

Emil Hüseynov





31/03/17    Çap et