Nazir Masallıda vətəndaşlarla aprelin 14-də görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Masallı şəhərində aprelin 7-nə nəzərdə tutulan qəbulunun vaxtı 14.04.2017-ci il tarixinə dəyişdirilmişdir. Həmin tarixdə saat 12:30-da nazir Ramin Quluzadə Masallı şəhərində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan "
mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Masallı rayonunda 025 2153004
Lənkəran rayonunda 025 2554527
Astara rayonunda 025 2254242
Lerik rayonunda 025 2746088
Yardımlı rayonunda 025 2061055
nömrəli telefonlara zəng etmələri xahiş olunur.