Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın daha bir internet-provayderi qiymətləri endirdi


Azərbaycanın internet-servis-provayderi UniNet ("Stream" ticarət markalı) internet şəbəkəsinə qoşulmaq üçün qiymətləri endirib.

Yeni tariflər oktyabrın 3-dən qüvvəyə minib, qoşulma sürətinin və "Freedom", "Extream", "Maxima" paketlərində əvvəlcədən ödənilən genişzolaqlı ADSL trafikinin artırılması nəzərdə tutulur.

Şirkət "NEO" tarif paketini və digər bütün əvvəlki trafik paketlərinin ("Maxima" tarif paketindən başqa) aradan qaldırılmasını elan edir. Bu tariflərin bütün abonentləri sürətləri saxlamaq şərtilə uyğun qiymətlə limitsiz ("Freedom" kateqoriyasına) tarifə keçirilib.

Hazırda AlfaNet, AzStarNet, SmartSystems, Ultel, Avirtel, eləcə də dövlət provayderləri AzTelekomNet və BakinterNet internet şəbəkəsinə çıxışın qiymətlərini ucuzlaşdırıblar.




05/10/11    Çap et