“Microsoft” şirkəti “iPhone” üçün süni intellektə malik proqram təqdim edib
"Microsoft" şirkəti tərəfindən istifadəyə verilmiş yeni "Sprinkles" mobil tətbiqi "iPhone" smartfonunda şəkillər çəkərək onları emal etməyə imkan verir. Proqram istifadəçi tərəfindən çəkilmiş şəkillər üçün yazı və stikerlərin seçimində kompüter təlimi texnologiyalarından istifadə edir.
"Sprinkles" mobil tətbiqinin köməyi ilə şəkillərə stiker, yazı və emodzilər əlavə etmək mümkündür. Mobil tətbiqdə istifadə edilən süni intellekt texnologiyaları şəkildəki sifəti tanımağa, kadrda insanın yaşını və emosiyalarını müəyyənləşdirməyə, tanınmışlar arasında oxşarlarını tapmağa imkan verir.
"ICTnews" Elektron Xəbər Xidməti "
macdigger.ru" saytına istinadən yazır ki, "Sprinkles" mobil tətbiqi, həmçinin şəklin çəkiliş yeri, vaxt və başqa detallarına müvafiq yazı və stikerləri avtomatik seçə bilir. Məsələn, əgər şəkildə qaşqabaqlı insan təsvir edilibsə, mobil tətbiq "gülümsəmək lazımdır" kimi yazı təklif edəcək. Daxili redaktor şrifti, mətnin ölçüsünü və yazının rəngini tənzimləməyə imkan verir.
Hazırlanmış şəkli "iPhone" smartfonunda saxlamaq, sosial şəbəkələrdə paylaşmaq və ya elektron poçtla göndərmək olar.
Emil Hüseynov