Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada mobil proqramların yüklənmə sayı 352 milyarda çatacaq


“App Annie” şirkəti “2016-2021-ci illər üçün “App Annie” versiyasına görə mobil əlavələr bazarının proqnozu” adlı yeni tədqiqatın nəticələrini dərc edib. Şirkət ekspertlərinin proqnozlarına görə, dünyada bütün mağazalar üzrə mobil əlavələrin yüklənmə sayı illik hesablamada 19 faiz artaraq 2021-ci ildə 352 milyarda çatacaq. Həmçinin, dünyada illik xərclər 18 faiz təşkil edəcək və 2021-ci ildə 139,1 milyard dollaradək artacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “CNews” resursuna istinadən yazır ki, “Google Play” və alternativ "Android” əlavələr mağazaları yükləmədə illik hesablamada 23 faiz artım nümayiş etdirməklə 2021-ci ilədək onların sayını 299,9 milyarda çatdıracaq. Bu, formalaşmaqda olan bazarlarda, xüsusilə Hindistan, Meksika, Braziliya və İndoneziyada smartfon və proqramların yayılmasının artması sayəsində baş verəcək.

Bildirilir ki, ölkələr üzrə yükləmələrin bölüşdürülməsi müntəzəm xarakter daşıyır. 2016-cı ildə dünyada yükləmələrin 54 faizi 5 aparıcı ölkənin payına düşüb. 2021-ci ilədək olan müddət ərzində bu vəziyyət dəyişməz qalacaq, çünki Çin və Hindistanda artım ilk beşlikdən kənarda artımı bərabərləşdirəcək.
2021-ci ilədək yükləmələrin ümumi sayına görə Avropa ölkələri beşliyinə Rusiya, Almaniya, Böyük Britaniya, Fransa və İtaliya daxil olacaq. Öz növbəsində hesabat müddətində smartfonlardan yükləmələrin sayına görə Avropa ölkələri beşliyində Rusiya, İtaliya, Fransa, Böyük Britaniya və Almaniya yer alacaq.

2021-ci ilədək “App Store” daha populyar əlavələr mağazası olmaqla “Apple” istifadəçi bazasında qurğulardan gəlirin artması sayəsində 60,3 milyard dollar qazanc gətirəcək.

“App Annie” ekspertlərinin qiymətləndirmələrinə görə, 2021-ci ildə istifadəçilərin bütün mobil əlavə mağazalarında oyunlar üçün ümumi xərclərinin 105 milyard dolları ötəcəyi gözlənilir. Xəbərlər, multimedia və tanışlıq üçün əlavələr kimi kateqoriyalarda oyun olmayan proqramlar üçün xərclər daha sürətlə artaraq 2021-ci ildə 34 milyard dollara çatacaq.  

“App Annie” versiyasına görə, hesabat dövründə mobil əlavələrdən gəlirlərə görə Avropa ölkələri beşliyinə Böyük Britaniya (artım 3,3 milyard dollar), Almaniya, Fransa, İtaliya və Rusiya daxil olacaq. Öz növbəsində qurğulardan gəlirlərə görə Avropa ölkələri beşliyində Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Rusiyanın qərarlaşacağı gözlənilir.

Nizam Nuriyev 





05/04/17    Çap et