“Microsoft” şirkətinin yaranma tarixindən 42 il ötür
“Microsoft” şirkətinin yaranma tarixindən 42 il ötür. Məhz 1975-ci il 4 aprel tarixində Harvard Universitetindən qovulmuş 20 yaşlı Bill Qeyts öz dostu Pol Allenlə birgə proqram təminatının yaradılması üzrə ən böyük şirkətlərdən birini təsis ediblər. Dostlar öz şirkətlərini öncə "Allen və Qeyts" adlandırmağı düşünsələr də, amma “Micro-Soft” ("microprocessors" və "software" terminlərinin qısaldılmış forması) adı üzərində dayanıblar. “Micro-Soft” şirkətinin ilk həlli “Micro Instrumentation and Telemetry Systems” şirkətinin sifarişi üzrə “BASIC” proqramlaşdırma dili üçün interpretator yaradılması olub.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, 1981-ci ildə “Microsoft” şirkəti “MS-DOS” əməliyyat sistemini təqdim edib. “IBM” korporasiyası “IBM Model 5151” adlı fərdi kompüterində “MS-DOS”-dan istifadə edib. Növbəti illərdə proqram nəhəngi qrafik istifadəçi interfeysli yeni əməliyyat sistemi üzərində işləyib. 20 noyabr 1985-ci il tarixində “Windows 1.0” əməliyyat sistemi istifadəyə verilib.
2001-ci ildə “Xbox” oyun konsolunun istifadəyə verilməsi “Microsoft”un tarixində növbəti mühüm hadisə olub. “Xbox Live” xidmətindən istifadə nəticəsində oyun konsolları haqda təsəvvür həmişəlik dəyişdi.
İndi “Microsoft” fərdi kompüter bazarında liderdir. Dünyadakı fərdi kompüterlərin 90%-i “Windows” əməliyyat sisteminin müxtəlif versiyaları ilə işləyir.
Emil Hüseynov