Dünyada dörd kameralı ilk smartfon təqdim olunub
İki əsas kameraya malik smartfonlar artıq adiləşib. Həmçinin bu yaxınlarda iki ön kamera ilə təchiz edilmiş modellər satışa çıxarılıb. Ancaq "Alcatel" şirkəti dünyada ilk dəfə 4 kamera ilə təchiz edilmiş smartfon təqdim edib: iki əsas və iki ön kameralar. 4 kamera sözügedən aparatın yeganə maraqlı xüsusiyyətidir, çünki bu qurğu "Android 6.0 Marshmallow" versiyası ilə işləyən orta səviyyəli smartfondur.
"ICTnews" Elektron Xəbər Xidməti "
4pda.ru" saytına istinadən yazır ki, "Alcatel Flash" qurğusunda əsas kamera iki 13 meqapiksellik modulla (rəngli və ağ-qara) təchiz edilib. Hər iki modul f/2,0 diafraqma qiymətinə malik obyektivlərlə təchiz ediliblər. Bu, zəif işıqlandırma şəraitində daha keyfiyyətli şəkillər çəkməyə imkan verir. Ön tərəfdə 8 və 5 meqapiksellik kameralardan istifadə edilib.
"Alcatel Flash" smartfonu "Full HD" təsvir ölçülü 5,5 düymlük "IPS" ekran, 10 nüvəli "MediaTek Helio X20" prosessoru, 3 QB əməli yaddaş, 32 QB daxili yaddaş, 3100 milliamper/saat tutumunda akkumulyator, "SİM" kart üçün iki slot və barmaq izi skaneri ilə təchiz edilib.
Smartfonun qiyməti hələ ki bildirilməyib.
Emil Hüseynov