Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun növbəti qrant müsabiqəsinin başlanacağı tarix bəlli oldu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda növbəti qrant müsabiqəsinin elan edilməsi və digər müvafiq məsələlər müzakirə edilib.
İclasın gündəliyinə daxil olan istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib.
Fondun Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə yeni qrant müsabiqəsinə innovativ və maraqlı layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu bildirib.
İclasda növbəti qrant müsabiqəsinin beş istiqamət üzrə: mütərəqqi proqram təminatının hazırlanması; innovativ İKT məhsulları nümunələrinin hazırlanması; innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması; müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması; İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı üzrə aparılması nəzərdə tutulur.
İclasda yeni qrant müsabiqəsinin 10 aprel 2017-ci il tarixdən elan edilməsi və layihələrin qəbul müddətinin iki ay müəyyənləşdirilməsi qərara alınıb.
06/04/17 Çap et