Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il elastik akkumulyatorlar istehsal ediləcək


Hazırda bir neçə böyük şirkət bükülən ekranla təchiz edilmiş müxtəlif cihazlar üzərində işləyirlər. Ancaq bükülən cihazların yaradılması üçün bükülən elektron içlik tələb olunur. Cənubi Koreyanın “Amotech” şirkətinin mütəxəssisləri öz texnologiyaları üzrə hazırlanmış elastik litium-ion akkumulyatorları üzərində yoxlamaların başa çatdığını bildiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, sınaqlar zamanı məlum olub ki, yeni bükülən akkumulyatorlar zədələrə qarşı çox davamlıdır. Bükülən akkumulyatorlar keramikdən hazırlanmış qayçı ilə kəsiləndən sonra normal işləməyə davam edib.

Şirkət bükülən akkumulyatorların 42, 135, 650, 1000 və 2000 milliamper/saat tutumunda bir neçə variantının istehsalına hazırlaşır. Bu modellər artıq Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) sertifikatlaşmasından keçib.

Emil Hüseynov





10/04/17    Çap et