Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Messenger” tətbiqində “M” köməkçisi istifadəyə verilib


"Facebook" sosial şəbəkəsi "Facebook Messenger" tətbiqində "M" rəqəmli köməkçisini istifadəyə verib.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "M" köməkçisi süni intellekt elementlərindən istifadə edir və danışığın məzmunundan asılı olaraq çatda ünsiyyət aparan həmsöhbətlərə müxtəlif əməliyyatlar təklif edə bilər. Məsələn, istifadəçilər gələcək görüş barəsində müzakirələr apardığı halda messencer xəritədə görüş yerini və vaxtı təyin etməklə həmsöhbətlərdən birinə plan təklif edəcək. Bundan başqa, rəqəmli köməkçi stikerlər göndərməyi, pul köçürməyi, olduğun məkanı paylaşmağı, "Lyft" və ya "Uber" xidmətləri üzərindən taksi sifariş etməyi, həmçinin səsvermə funksiyasını (bu funksiya qrup çatlarında əlçatandır) işə salmağı təklif edə bilər.

Rəqəmli köməkçi, həmçinin öyrənmək qabiliyyətinə malikdir. Bundan başqa, mobil qurğunun sahibi messencerin sazlamalarında "M" rəqəmli köməkçisini həmişəlik deaktiv edə bilər.

Hazırda "M" köməkçisi ABŞ-da "Facebook Messenger" mobil  tətbiqinin "iOS" və "Android" istifadəçilərinə əlçatandır, amma müəyyən vaxtdan sonra "M" rəqəmli köməkçisinin imkanları genişləndiriləcək və başqa ölkələrdə də əlçatan olacaq.

Emil Hüseynov





10/04/17    Çap et