“Toshiba” televizorlarının istehsalı dayandırılır
Yaponiyanın “Toshiba” şirkəti televizor istehsalı üzrə bölməni satmaqla bağlı planlarını açıqlayıb. Bununla əlaqədar imzalanacaq sazişin yaxın ildə başa çatacağı gözlənilir. Perspektivli istiqamətin satışa çıxarılması nüvə energetikası sahəsində maliyyə itkiləri ilə əlaqələndirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Ferra” resursuna istinadən yazır ki, potensial alıcılar qismində Çinin “Hisense Group” və Türkiyənin “Vestel” şirkətləri çıxış edir. Türkiyə şirkəti Avropada “Toshiba” markalı televizorların buraxılışı və satışı hüququna malikdir. Yaponiyada isə “Toshiba” istehsalçısı televizor satışını müstəqil həyata keçirir.
Xatırladaq ki, “Toshiba” yarımkeçiricilərin istehsalı üzrə bölməni də satmaq niyyətindədir, bir il əvvəl isə məişət texnikasının istehsalı üzrə bölməni “Midea” şirkətinə satıb.
Nizam Nuriyev