Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İndi “Google Duo” messencerində səsli zənglər hamı üçün əlçatandır


Ötən il “Google” şirkəti “Allo” messenceri ilə yanaşı, videokonfranslar üçün “Duo” xidmətini təqdim edib. Sözügedən xidmət istifadəyə verildikdən 1 həftə sonra “Google Play” rəqəmli mağazasında ən populyar pulsuz mobil tətbiqlərin reytinqində lider olub. “Duo” tətbiqinin populyarlığına baxmayaraq, istifadəçilər bu xidmətin məhdud imkanlarından şikayətləniblər və nəticədə xidmətin auditoriyası sürətlə azalmağa başlayıb. Ötən ayın sonunda xidmətin yaradıcıları tərəfindən istifadəyə verilmiş səsli rabitə funksiyası indiyədək yalnız Braziliyada əlçatan olub. İndi isə səsli rabitə imkanı hər kəs üçün əlçatandır.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google Duo 9.1.1516” versiyasının çıxarılmasından sonra tətbiqin yuxarı hissəsində video və səsli mesaj rejimləri arasında çevirici peyda olub.

Emil Hüseynov





11/04/17    Çap et