Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2022-ci ilədək "ağıllı" evlər üçün qurulmuş sensorların sayı 4,5 milyarda yaxınlaşacaq


Analitiklərin proqnozuna görə, 5 il ərzində "ağıllı" evlər üçün sensorlar yaşayış binalarına xidmət göstərilməsini və məişət sistemlərinin idarəetməsinə yanaşmanı kökündən dəyişdirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “servernews.ru” saytına istinadən yazır ki, "ağıllı" evlər üçün texnologiyalar kütləvi bazarda daha da populyarlaşır. “J'son & Partners Consulting” şirkəti bunu şəxsi və ailə təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin vəsaitlərə ciddi qənaətlə izah edir.

“ABI Research” şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2022-ci ilədək "ağıllı" evlər üçün qurulmuş sensorların ümumi sayı 4,5 milyarda yaxınlaşacaq. Belə sensorlar enerji resurslarından daha səmərəli istifadəyə, həmçinin su, elektrik enerjisi və qaz sərfiyyatını yüksək dəqiqliklə ölçməyə imkan verəcək.

“Ağıllı” qurğu istehsalçıları öz həllərini kütləvi bazarda tanıtmaq üçün böyük səy göstərirlər. Onlar istehlakçıların təkliflərini nəzərə alaraq təhlükəsizlik, işıqlandırma və iqlim sistemləri sahəsində innovasiyalarla bağlı ən zəruri texnologiyaları hazırlamağa çalışırlar. "Ağıllı" evlər sahəsində əsas məsələ müxtəlif qurğular üçün vahid iş standartlarının yaradılmasıdır.

Emil Hüseynov





11/04/17    Çap et