“Xiaomi” smartfonunun təqdimat tarixi məlum olub
Bu gün Çinin "Xiaomi" şirkəti növbəti qabaqcıl smartfon modeli barədə yeni informasiya açıqlayıb. Əksər istifadəçilər istehsalçının çoxdan gözlənilən "Mi6" modelini təqdim edəcəyini gözləsə də, bunun əvəzinə onun rəsmi təqdimat tarixi elan edilib. Beləliklə, qurğu aprelin 19-da nümayiş etdiriləcək. Həmçinin, məlum olub ki, "Xiaomi Mi6"-nın buraxılışının yubanmasına səbəb "Snapdragon 835" prosessorlarının çatışmazlığı olub.
"ICTnews" Elektron Xəbər Xidməti "
4PDA" resursuna istinadən yazır ki, internetdə rəsmi təqdimat tarixi ilə yanaşı, yeni modelin 3,5 mm-lik audioçıxışla təchiz edilməyəcəyi barədə məlumat yayılıb.
Məlumata görə, "Xiaomi Mi6" səkkiznüvəli "Qualcomm Snapdragon 835" prosessor, 4 giqabaytlıq operativ yaddaş, 64 giqabaytlıq quraşdırılmış toplayıcı, 12 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz ediləcək.
Nizam Nuriyev