Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetə “Iphone 8” smartfonu haqda məlumat sızdırılıb


Displeyə inteqrasiya edilmiş “Touch ID” barmaq izi skaneri “iPhone 8” smartfonunda əsas özəlliklərdən biri olacaq. Amma son zamanlar gəzən şayiələrə görə, “Apple” korporasiyası barmaq izi skanerinin displeyə inteqrasiyasında çətinliklərlə üzləşib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “iDropNews” nəşri “Foxconn” zavodundakı mənbəyə istinadən “Apple”in qabaqcıl smartfonu haqda bəzi məlumatlar paylaşıb. Məlumata görə, hazırda şirkət “iPhone 8” smartfonunun iki prototipini sınaqdan keçirir: prototiplərdən birində barmaq izi skaneri ön paneldə, digərində arxa paneldə qurulub. Böyük ehtimalla smartfonun displeyinə inteqrasiya edilmiş “Touch ID” barmaq izi skanerinə malik model seçiləcək.

Cihaz 4 mm qalınlığında çərçivəyə malik  5,8 düymlük “OLED” displeylə təchiz ediləcək və aparatın korpusu “iPhone 7”-nin ölçüsünə uyğundur. Bundan başqa, həm ön, həm də arxa panellər 2.5D effektinə malik şüşə örtüklə təchiz ediləcək. Həmçinin “iPhone 8” smartfonunda simsiz enerjidoldurma dəstəyi haqda informasiya təsdiqlənib.

Ön kamera "görünməz" olacaq ki, bu da çərçivəsiz smartfonun dizaynına uyğundur.

Emil Hüseynov





14/04/17    Çap et