Çində yüksəksürətli internetin təmini üçün ilk telekommunikasiya peyki buraxılıb
Çində nəqliyyat vasitələrində yüksəksürətli internetin təmini üçün “SJ-1” ailəsinə aid ilk müasir telekommunikasiya peyki buraxılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, Yerətrafı orbitə buraxılan peyk Çin əhalisinin, o cümlədən nəqliyyat sərnişinlərinin simsiz yüksəksürətli internetlə təmini məqsədilə mövcud geostasionar orbitdə on beş il müddətində dövr edəcək.
Qeyd olunur ki, Çin Kosmik Elmlər və Sənaye Birliyi orbitə bütün dünyada genişzolaqlı internetdən istifadənin təmininə imkan verəcək 156 kiçik peyk buraxmağı planlaşdırmasını bəyan edib.
Nizam Nuriyev