“Microsoft” şirkəti “Exchange Server 2007” platformasının dəstəyini dayandırır
“Microsoft” şirkəti “Exchange Server 2007” platformasının dəstəyini dayandırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
servernews.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkəti 11 aprel 2017-ci il tarixindən etibarən sözügedən platforma üçün təhlükəsizlik yeniləmələri buraxmayacaq, həmçinin texniki məsləhətlərin verilməsini dayandıracaq. Proqram nəhəngi indiyədək “Exchange Server 2007” platformasından istifadə edən şirkətlərə korporativ İT infrastrukturunun təhlükəsizliyini təmin etmək məqsədilə “Office 365” paketi çərçivəsində birbaşa, mərhələli və ya hibrid miqrasiya metodu vasitəsilə “Exchange Online”a keçməyi və ya yeni “Exchange Server 2016” versiyasından istifadəni tövsiyə edir.
“Microsoft”un rəsmisi xatırladır ki, “Exchange Server” platformasının əsas və genişləndirilmiş dəstəyinin müddəti 10 ildir.
Emil Hüseynov