Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Türkiyədə səfərdədir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti "CeBİT Bilisim Eurasia" - Beynəlxalq informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün Türkiyədə səfərdədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və aparıcı şirkətlərin nümayəndələrindən ibarət olan Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi sərgidə ölkəmiz ayrıca milli pavilyonla təmsil olunur.
Qeyd edək ki, Azərbaycan sərgi və konfransda partnyor ölkədir. Sərgidə respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr nümayiş olunacaq.
Azərbaycanı sərgidə təmsil edən nümayəndə heyətinin tərkibinə 10-dan çox özəl İKT şirkətlərinin nümayəndələri daxildir.
Sərgi çərçivəsində müxtəlif forum və konfranslar təşkil olunacaq. Nazir Əli Abbasovun konfransda çıxış edəcəyi və ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Xatırladaq ki, "CeBİT Bilisim Eurasia" regionun ən iri İKT sərgisidir, Azərbaycan artıq bir neçə ildir ki, bu mühüm tədbirdə iştirak edir.
05/10/11 Çap et