Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalı alimlər smartfonlar üçün öz-özünə bərpa olunan şüşə yaradıblar


Kaliforniya Universitetinin alimləri tərəfindən smartfonlar üçün yaradılmış şüşə öz-özünə bərpa olunmaq qabiliyyətinə malikdir. Elmi qrupun direktoru Çao Van deyib ki, yeni şüşə müxtəlif çat, cızıq və kəsiklərə qarşı son dərəcə davamlıdır.
 
"Yaratdığımız şüşə elektrik cərəyanını keçirdiyinə görə onun smartfon və başqa mobil texnikanın displeyi qismində istifadəsi son dərəcə məqsədəuyğundur" – alim izah edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, Çao Vanın iddiasına görə, yaradılmış şüşə material iki hissəyə bölündüyü halda bir sutka ərzində həmin hissələr yenidən bitişəcək. Yeni şüşə, həmçinin çox elastikdir və dartıldıqda ilkin ölçüsündən 50 dəfə daha uzun olur.
 
Alim yaxın 3 ildə bazara çıxarılacaq yeni şüşə materialın gündəlik həyatımızı dəyişdirəcəyinə əmindir.

Emil Hüseynov





17/04/17    Çap et