Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” korporasiyasının həmtəsisçisi 2075-ci illə bağlı proqnozunu səsləndirib


Növbəti istirahət günlərində “Silicon Valley Comic Con” sərgisi keçiriləcək. Bu tədbirin təşkilatçısı dünyada tanınmış ixtiraçı və “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyakdır. O, sərgi ərəfəsində “USA Today” nəşrinə verdiyi müsahibəsində yaxın 58 illə bağlı öz proqnozunu səsləndirib. Voznyak belə düşünür ki, 2075-ci ilədək indiki səhraların ərazisində gələcəyin şəhərləri ucaldılacaq və ev problemi aradan qalxacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Apple”ın həmtəsisçisi əmindir ki, insanlar süni intellektlə qarşılıqlı əlaqədə olacaq. Pasiyentlərə həkimə müraciət etmədən diaqnoz qoyulacaq və müalicə üçün reseptlər yazılacaq. Voznyakın fikrincə, Mars planetində ağır sənaye yerləşdiriləcək, ABŞ isə yaşayış sektoru olacaq.

Stiv Voznyak, həmçinin əmindir ki, 2075-ci ildə “Apple”, “Google” və “Facebook” kimi nəhənglərin miqyası daha da genişlənəcək.

"Apple korporasiyası 1911-ci ildə təsis edilmiş “IBM” kimi uzun müddət fəaliyyət göstərəcək. Son maliyyə rübünün nəticəsinə görə, “Apple”ın kapitalı 246,1 milyard dollardır. Bu korporasiya bir çox sahələrə sərmayə yatıra bilər. 2075-ci ildə “Apple” şirkətinin fəaliyyətinə xitam verilməsini düşünmək gülməli səslənir. Eyni sözlər “Google” və “Facebook” şirkətlərinə də aiddir" – Stiv Voznyak deyib.

Emil Hüseynov





18/04/17    Çap et