Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bank və maliyyə xidmətləri göstərən poçt şöbələrinin sayı artır
Mərkəzi Bank 890 poçt şöbəsinə bank və maliyyə xidmətləri göstərmək üçün lisenziya verib. Bu barədə məlumat verən “Azərpoçt”MMC-nin hüquq şöbəsinin müdiri Bəhram Səfərov bildirdi ki, bu poçt şöbələrində vətəndaşlara lisenziya depozit qəbulu və kredit verilməsindən başqa digər bank xidmətləri təqdim olunur.”Poçt şöbələrində valyuta mübadiləsi məntəqəsinə böyük maraq var.
Xidmət sahəsi olduğundan burada digər xidmətlər də təklif olunur”- deyən N.Məmmədov layihə üzrə 1200 poçt şöbəsinin bank və maliyyə xidmətlərinə qoşulacağını bildirdi. Qeyd edək ki, “Azərpoçt”MMC-nin 1600 poçt şöbəsi var.
Bank və maliyyə xidmətləri şəbəkəsini genişləndirməyi qarşıya hədəf qoyan müəssisə bu layihəni həyata keçirməklə istənilən bankla rəqabət aparmaq və onu üstələməyi qarşıya məqsəd qoyub.
05/10/11 Çap et