Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”də ikimərhələli avtorizasiya əlçatan olub


“Twitter” şirkəti akkauntların müdafiəsi üçün kənar proqramlarla işbirliyinə başlayıb. Bir neçə ay öncə istifadəçilər “Google Authenticator” və “Authy” kimi proqramların hesabına sosial şəbəkədə ikimərhələli avtorizasiyanı qoşmaq imkanına yiyələnsələr də, şirkətin nümayəndələri yenilik haqda məlumat verməmişdilər. “Twitter”in tərtibatçılarından biri “Android Police” nəşrinə yeni imkanlar haqda danışıb.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, əlavə müdafiəni aktivləşdirmək üçün “Google Authenticator” və ya “Authy” mobil tətbiqini quraşdırmaq, bundan sonra “Twitter” sosial şəbəkəsində "Ayarlar və təhlükəsizlik" bölməsinə keçid etmək lazımdır. Daha sonra "Hesab" bölməsindən "Təhlükəsizlik" sahəsində "Giriş sorğusunu təsdiqləmək" seçirik. Bundan sonra SMS vasitəsilə göndərilən kodu daxil etməli olacaqsınız.

Emil Hüseynov





18/04/17    Çap et