“Facebook” beynəlxalq spam kampaniyasını neytrallaşdırıb
“Facebook”un təhlükəsizlik xidməti beynəlxalq spam kampaniyasının qarşısını alıb. Bu kampaniya çərçivəsində hakerlər saxta hesablar yaratmaqla dostlar şəbəkəsinin yaradılması və spam mesajların göndərilməsi məqsədilə layk ediblər və şərhlər yazıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, “Facebook”un təhlükəsizlik xidmətinin nümayəndəsi Şabnam Şaykın sözlərinə görə, “Facebook”un sistemləri qanunsuz fəaliyyəti aşkar edə və guya ki, Banqladeş, İndoneziya, Səudiyyə Ərəbistanı və bir sıra başqa ölkələrdən olan istifadəçilərə məxsus saxta hesablar tərəfindən qoyulmuş laykların çoxunu silməyə müvəffəq olublar.
“Facebook”un əməkdaşları mərkəzləşdirilmiş spam kampaniyasını neytrallaşdırmaq üçün 6 ay vaxt sərf ediblər. Şaykın sözlərinə görə, spamerlər öz yerlərini müxtəlif üsullarla (həmçinin proksi serverlərin köməyi ilə) gizlətməyə çalışıblar.
Emil Hüseynov