Yapon alimləri düşüncəni oxuyan qurğu yaradıblar
Yapon alimləri düşüncəni oxumaq qabiliyyətinə malik qurğu yaradıblar. Alimlərin sözlərinə görə, qurğu elektroensefaloqram əsasında işləyir və yapon dilində rəqəm və ayrı-ayrı sözləri tapa bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
mv.org.ua” saytına istinadən yazır ki, hazırda cihazın sınaq nəticələri ürəkaçan olmasa da, alimlər onun təkmilləşdirilməsi üzərində işləri davam etdirəcək.
Mütəxəssislərin iddiasına görə, qurğu gələcəkdə xəstəlik nəticəsində danışıq qabiliyyətini itirmiş insanlara kömək edəcək.
Cihaz yaxın 5 ildə satışa çıxarılacaq. Smartfonun köməyi ilə sözügedən cihazı idarə etmək mümkün olacaq.
Emil Hüseynov