3D məzmunu xüsusi eynəksiz göstərə bilən smartfon təqdim edilib
“Ivvi” şirkəti tərəfindən Çində təqdim edilmiş yeni “Ivvi i5” smartfonu qabaqcıl modellərin rəqibi kimi qələmə verilir. Smartfonda “MediaTek” şirkətinin səkkiznüvəli prosessoru quraşdırılıb. Yeni qurğunun əsas özəlliyi 3D məzmunu xüsusi eynəksiz göstərmək qabiliyyətinə malik ekranla təchiz edilməsidir.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, istifadəçilər xüsusi eynəksiz stereoskopik effektə malik mobil oyunlar oynaya və video izləyə biləcək.
“Ivvi i5” smartfonunun korpusu arxadan və öndən şüşə ilə örtülüb. Arxa qapaq daha yaxşı kompozit materiallardan düzəldilmiş şüşədən hazırlanıb və bunun sayəsində daha möhkəm və eyni zamanda daha yüngüldür.
Smartfon 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 4 QB əməli yaddaş, 64 QB tutumunda daxili yaddaş, 3000 milliamper/saat tutumunda akkumulyator, “SIM” kartlar üçün iki slot, 13 meqapiksellik əsas və 8 meqapiksellik ön kameralarla təchiz edilib.
“Ivvi K5” smartfonunun Çində qiyməti 319 dollardır.
Emil Hüseynov