Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Populyar brauzerlərdən loqin və parolları oğurlayan yeni virus aşkar edilib


"Doktor Veb" antivirus şirkəti populyar brauzerlərdən loqin və parolları oğurlayan və təhlükəli faylları yükləyən çoxfunksiyalı “Trojan.DownLoader23.60762” virusu barədə xəbərdarlıq edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Windows” sistemi ilə işləyən kompüterləri yoluxduran virus qurğuya başqa proqramları quraşdırır, həmçinin müxtəlif xidmətlər üzrə hesabların məlumatlarını oğurlayır və müxtəlif saytların səhifələrində daxil edilən məlumatları ələ keçirir.

“Trojan.DownLoader23.60762” virusu məxfi informasiyasını oğurlamaq üçün “Windows” bələdçisinin prosesinə, həmçinin “Microsoft Internet Explorer”, “Mozilla Firefox” və “Google Chrome” brauzerlərinin proseslərinə qoşulur.

Emil Hüseynov





20/04/17    Çap et