Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu planşet sahibini ovucun içindəki vena damarına görə tanıyacaq


“Fujitsu” şirkəti uzun müddətdir korporativ seqment üçün planşet kompüterləri istehsal edir. Buna görə yapon şirkəti öz məhsullarında təhlükəsizliyin təmini üçün olduqca maraqlı həllər tətbiq edir. Məsələn, “Windows 10” sistemi ilə işləyən yeni 10,1 düymlük “ARROWS Tab Q507/P-SP” planşetində “Slide Passport” adlı inqilabi biometrik autentifikasiya funksiyası tətbiq edilib. Sistem istifadəçinin avtorizasiyası üçün onun ovcunun içindəki vena damarının şəklini skan edir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istifadəçi qurğunu blokdan çıxaran zaman barmaqlarını ekrana aşağıdakı şəkildə göstərildiyi kimi qoymalı və onları lazımi istiqamətdə aparmalıdır. Bu əməliyyatın icrası zamanı sağ çərçivədə yerləşən skaner ovucun içindəki vena damarının şəklini skan edir.

Bu planşetin daha bir özəlliyi “IP54” standartı üzrə toz və suya qarşı davamlı olmasıdır.

“Fujitsu ARROWS Tab Q507/P-SP” planşeti avqustun əvvəlində 780 dollara satışa çıxarılacaq.

Emil Hüseynov





21/04/17    Çap et