Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz qulaqlıqlar öz sahibini izləyir


“Bose” qulaqlıqlarının istehsalçısı istifadəçi məlumatlarını qanunsuz toplamaqda ittiham olunur. Belə ki, Kayl Zak “Bose” mobil proqramı vasitəsilə istifadəçilərin izlənməsi faktını aşkar edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, o, “QuietComfort” qulaqlığının sahibidir. “Reuters” nəşrinin məlumatına görə, Kayl Zak “Bose” mobil proqramından istifadə zamanı şəxsi məlumatların kənar serverə gizli ötürülməsini qeydə alıb. Məlum olub ki, mobil tətbiq dinlənilmiş treklər haqda informasiyanı toplayaraq kommersiya məqsədilə üçüncü şəxsə ötürür. “Bose Connect” mobil proqramında hesab açmaq üçün şəxsiyyət vəsiqəsi məlumatlarının daxil edilməsini nəzərə aldıqda bu işin nə qədər təhlükəli olduğu aydın olur.

Emil Hüseynov





21/04/17    Çap et