Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” eşitmə qüsurlu insanlara dəri ilə “eşitməyə” kömək edəcək


“Facebook” şirkəti eşitmək qabiliyyətindən məhrum insanlara səs dalğalarını dəri ilə qəbul etməyə imkan verəcək unikal texnologiya hazırlayır.   

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, innovativ texnologiyalara məsul “Building 8” şöbəsinin rəhbəri Regina Duqanın sözlərinə görə, mütəxəssislər eşitmə qüsurlu insanlara səsli informasiyanı, xüsusilə nitqin yaratdığı vibrasiyaları başa düşərək onları asanlıqla izah edilən informasiyaya çevirən aparat proqram kompleksinin hazırlanması ilə məşğuldurlar.

Bildirilir ki, unikal aparat proqram kompleksinin çıxışda yaratdığı tezliklər insan beyni tərəfindən birbaşa - eşitmə orqanlarından yan keçərək qəbul oluna bilər.

Məlumata görə, yeni texnologiyanın ictimaiyyətə təqdimatı zamanı kompleks on sözü tanıyaraq onları eşitmək qabiliyyətindən məhrum insanın anladığı tezliklərə çevirməklə real effektivlik nümayiş etdirib.
Texnologiyanın seriyalı istehsalına nə vaxt başlanacağı ilə bağlı məlumat verilməsə də, mötəbər ekspertlərin məlumatına görə, bunun yaxın gələcəkdə baş verəcəyi gözlənilir.

Nizam Nuriyev 





22/04/17    Çap et