İnsan saçından min dəfə nazik karbon borucuq yaradılıb
ABŞ alimləri insan saçından min dəfə nazik karbon nanoborucuq yaradıblar. Texnologiya bəşəriyyət üçün böyük addım hesab olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “
VistaNews” resursuna istinadən yazır ki, çox nazik olan nanoborucuqlar misdən təxminən 50 dəfə möhkəmdir. Həmçinin, onlar elektrikkeçirmə qabiliyyətinə malikdir və müxtəlif mexanizmlərdə istifadə oluna bilər.
Ümumilikdə nanoborucuqlar elastiklik səviyyəsinə görə müasir analoqlarını xeyli üstələyir. Bununla əlaqədar olaraq yeni yaradılan borucuqdan aviasiya, maşınqayırma, kosmonavtika və digər qabaqcıl texnologiyalarda istifadə mümkündür.
Ekspertlər diqqəti əldə olunan kəşfin elektronikadan istifadə üçün xərcləri azaltmağa və materialların möhkəmlik səviyyəsini artırmağa kömək edəcəyinə yönəldiblər. Strukturun möhkəmliyi layihənin həyata keçirilməsi zamanı mühüm amillərdən biridir.
Metoddan ilk istifadə bu ilin sonunda gözlənilir.
Nizam Nuriyev