Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” eynək insanların görmə ilə bağlı problemlərini aradan qaldıracaq


Heyranedici orqan olan insan gözü obyekt üzərinə dərhal yönəlməklə aydın və dəqiq görməni təmin edir. Əksər insanlarda bu qabiliyyətin tədricən itməsi nəticəsində gözün korreksiyası üçün eynək və ya kontakt linzaları kimi optik cihazlardan istifadə tələb olunur. Adətən belə cihazlar yalnız bir problemi - yaxındangörməni (yaxında yerləşən əşyaları yaxşı, uzaqda olanları pis görmək) və ya uzaqdangörməni (həm uzağı, həm də yaxını pis görmək) aradan qaldırırlar. Bir neçə pozuntu birləşməsi baş verdikdə insan bahalı bifokal və trifokal linzaya ehtiyac duymağa başlayır. ABŞ-ın Yuta Universitetinin alimlərinin təqdim etdiyi eynəyi isə görmə qabiliyyəti pozulan bütün insanlar taxa biləcək. Qurğu müstəqil şəkildə diqqətin yönəldilməsini dəyişərək istənilən əşyanın dəqiq görünməsini təmin edir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, eynək müxtəlif göz xəstəliyi olan insanlar üçün pozuntu dərəcəsini dəqiqləşdirmədən istifadəyə imkan verməsi ilə seçilir. Xüsusi ötürücü insanın baxışının hansı tərəfə yönəldilməsini qeydə alaraq 14 milli-saniyə ərzində baxılan obyektə tikilir. Bu, insanın göz qırpmasından 25 dəfə sürətlidir. Çərçivənin daxilində diqqətin yönəldilməsini təmin edən membranın əyilməsinə səbəb olan xüsusi elektromexaniki sistem quraşdırılıb.

Alimlər belə eynəklərin gələcəkdə görmə qabiliyyəti pozulan milyonlarla insanın seçəcəyi əşya olacağına əmindirlər.

Nizam Nuriyev 





24/04/17    Çap et