Daşınan elektronika ailə münaqişəsinin qarşısını alacaq
Cənubi Kaliforniya Universiteti ailədə münaqişə olacağını proqnozlaşdıran daşınan sensorlar üzərində işləyir. Smartfon sensorlardan toplanmış informasiyanı təhlil etdikdən sonra mümkün münaqişə və onun həlləri barəsində məlumat verir. Laboratoriya şəraitində sınaqdan keçirilən layihənin yaradıcıları könüllülərə sual veriblər. Hər bir iştirakçı sualları cavablandırıb və anonim şəkildə problemlər haqda danışıb və bunun sayəsində tədqiqatçılar xeyli informasiya toplayıblar.
"Biz sensorlardan bioloji siqnalları (bu, informasiya mənbəyidir) toplayırıq" – tədqiqatın həmmüəllifi Teodor Çaspari deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, sensorlar bədənin hərarətini, nəbzi və tərləməni müəyyənləşdirib. Daşınan qurğu iştirakçıların danışıqlarını yazıb, müsahibənin sayını və məzmununu müəyyənləşdirib. Toplanılmış məlumatlar əsasında süni intellekt 86% ehtimalla münaqişəli vəziyyətləri düzgün təyin edib.
İstehsalçılar, həmçinin mübahisənin başlanmasından 5 dəqiqə öncə onun qarşısını almaq üsullarının axtarışı üçün alqoritmdən istifadə edirlər. Nəzəri cəhətdən zəruri proqram təminatını kommersiya tipli daşınan elektronikaya inteqrasiya etmək olar, amma alimlər bunu çətin tapşırıq hesab edirlər.
Emil Hüseynov