“ARM” və “Windows 10” prosessorlu ilk kompüterlər ilin sonunda buraxılacaq
“Qualcomm” şirkətinin baş direktoru Stiv Mollenkopf “Snapdragon 835” prosessorlarının tezliklə “Windows 10” əməliyyat sistemli mobil kompüterlərdə istifadə ediləcəyini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, indiyədək “Windows 10” sisteminin yalnız “x86” arxitekturalı prosessorlarla işləməsinə baxmayaraq “Qualcomm” və “Microsoft” şirkətləri “ARM” prosessorlu kompüterin hazırlanması ilə çoxdan məşğul olub. Belə kompüteri nazik və yüngül etməklə onu smartfon kimi mobil şəbəkəyə qoşmaq nəzərdə tutulub. “Snapdragon 835”, həmçinin “Bluetooth 5” və “Wi-Gig” interfeyslərini dəstəkləyir. Kompüter smartfonlar üçün hazırlanan belə prosessorla uzun müddət batareyasız işləyə bilər. Lakin hazırda aparıcı istehsalçılardan heç biri “ARM” prosessorlu və “Windows 10” sistemli kompüterlərin buraxılacağını bəyan etməyib.
Oxşar qurğunu yaratmaq üçün əvvəllər də cəhd olunub. Məsələn, “Microsoft” korporasiyası “ARM” prosessorları üçün xüsusi “Windows RT” əməliyyat sistemini buraxsa da, “x86” arxitekturası üçün yaradılan proqramlarla işlə bağlı problemi o zaman həll etmək mümkün olmayıb. Bu dəfə isə “Qualcomm” şirkətinin nümayəndələri “Snapdragon 835” prosessorları ilə təchiz edilən kompüterlərin emulsiya rejimində bütün “x86” proqramlarını işə sala biləcəyini bildiriblər. Bundan başqa, “Microsoft” korporasiyası “Photoshop” paketinin “Snapdragon 835” ilə işini nümayiş etdirib.
Nizam Nuriyev