Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LinkedIn” sosial şəbəkəsinin auditoriyası yarım milyarda çatıb


"LinkedIn"işgüzar əlaqələrin qurulması üçün sosial şəbəkə bu günlərdə yeni uğurunu bölüşüb: onun auditoriyası 500 milyon qeydiyyatdan keçmiş istifadəçidən ibarətdir. Rəsmi məlumatlara görə, indi "LinkedIn" sosial şəbəkəsində 10 milyondan çox vakansiya, 9 milyon şirkətə giriş mövcuddur, hər həftə şəbəkədə 100 mindən çox məqalə dərc edilir.

"ICTnews" Elektron Xəbər Xidməti "ain.ua" saytına istinadən yazır ki, xatırladaq ki, 2015-ci ilin oktyabrında "LinkedIn" sosial şəbəkəsində 400, 2016-cı ilin avqustunda isə 450 milyondan artıq istifadəçi qeydiyyatdan keçib. Müqayisə üçün, 2014-cü ilin 3-cü rübündən 2016-cı ilin 3-cü rübünədək "Facebook"un auditoriyası 1,3-dən 1,7 milyard istifadəçiyədək artıb.

Emil Hüseynov





25/04/17    Çap et