Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu antivirus proqram təminatı “Windows” sisteminin işini iflic edib


Məşhur “Webroot” antivirus proqram təminatının istifadəçilərinin məlumatına görə, sözügedən antivirusun işində nasazlıq qeydə alınıb və nəticədə minlərlə kompüterdə “Windows” faylları zədələnib.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, bir çoxları süni intellekt və "ağıllı" texnika tərəfindən “üsyan” gözlədiyi halda məşhur “Webroot” antivirusu “Windows” sisteminin fayllarını zədələyib. Bundan başqa, “Facebook” sosial şəbəkəsini tamamilə bloklayıb.

Nasazlığı dəqiq təhlil edən mütəxəssislər belə nəticəyə gəliblər ki, antivirus proqram təminatı “Windows” əməliyyat sisteminin (ƏS) vacib sistem fayllarını təhlükəli kimi qeydə alaraq onları karantinə yerləşdirir. Nəticədə ƏS-i yüklənmir və kompüter açılmır. Tərtibatçıların sözlərinə görə, bu problem tamamilə aradan qaldırılıb.

Emil Hüseynov





26/04/17    Çap et