Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” mobil qurğularda yeni tip birləşdiricidən istifadə edəcək


“Apple” şirkəti bu günlərdə dərc edilən yeni patentdə təkcə smartfonlarda deyil, “ağıllı” saatlar kimi digər mobil qurğularda yeni birləşdiricidən istifadə barədə söhbət açıb. Bu, “iPad Pro” planşetində quraşdırılan birləşdiriciyə (connector) bənzəmir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, patentdə qeyd olunub ki, birləşdirici smartfona qoşulan zaman kabel birləşdiricisinin keçə biləcəyi xüsusi özünübərpa edən materialda yerləşəcək. Kabel ayrıldıqdan sonra material öz formasını bərpa edəcək, korpusda isə dəlik qalmayacaq. Qoşulmanı analoji üsulla “ağıllı” saatlarda da etmək mümkündür.

ABŞ istehsalçısının yeni patentdə, həmçinin keramik korpuslu “iPhone” smartfonunu xatırladan elektron qurğu təsvir edilib. Keramik örtükdə aktiv elektrik komponentlər quraşdırılacaq. Söhbətin qurğunun korpusunun toxunuşlara həssas olması barədə getməsi ehtimal edilir.

Nizam Nuriyev 





27/04/17    Çap et