Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vergilər Nazirliyi videoqəbul xidmətini işə salıb
Vergilər Nazirliyi videoqəbul xidmətini işə salıb. Bu xidmətin köməyi ilə vergiödəyicilərin nazirliyin məsul vəzifəli şəxsləri ilə birbaşa videoəlaqə yaratması mümkündür.
Bu xidmətdən istifadə etmək üçün vergiödəyici “www.taxes.gov.az/vqebul/” internet-ünvanda qeydiyyatdan keçməli və ümumi qaydalarla tanış olmalıdır.
Vergiödəyici öz adı, soyadı, ünvanı, iş yeri, telefonu, elektron ünvanı və şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatları göstərməlidir. Eləcə də, nazirliyin məsul vəzifəli şəxsinin adı və qəbula yazılma səbəbi göstərilməlidir.
Məlumatların göndərilməsindən və həmin məlumatların nazirliyə daxil olmasından sonra vergiödəyiciyə xəbərdarlıq göndəriləcək. Xəbərdarlıqda nazirliyin vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi, qəbulun tarixi və ünvanı göstəriləcək.
Qeyd edək ki, vergiödəyici videoqəbul çərçivəsində verilən cavabı yazılı formada da tələb edə bilər.
06/10/11 Çap et